Daşqın 44 nəfərin həyatına son qoydu – Bu ölkədə

Daşqın 44 nəfərin həyatına son qoydu – Bu ölkədə Dünya

Banqladeşin cənub-şərqində günlərlə davam edən şiddətli musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri azı 44 nəfərin həyatına son qoyub, bir milyondan çox insan evsiz qalıb.

News24.az xəbər verir ki, bu barədə "Reuters" ölkənin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinə istinadən məlumat yayıb.

"Çittaqonq, Koks-Bazar, Bandarban, Ranqamati, Xaqraçxari, Mulvibazar və Habiqanc olmaql,a yeddi dairəni əhatə edən daşqınlar adi həyat tərzini pozub, minlərlə ailənin təcrid olunmasına səbəb olub və 267 918 təsərrüfatçını evsiz qoyub", - bəyanatda bildirilir.

Qeyd olunub ki, selin yuduğu yollar və zədələnmiş körpülər humanitar təşkilat əməkdaşlarının ən çox zərər çəkmiş rayonlara daxil olmasını çətinləşdirir. Hakimiyyət yardım göstərmək səylərini artırdığı bir vaxtda, quru qoşunları və hərbi dəniz qüvvələrinin hərbçiləri təcrid olunmuş yaşayış məntəqələrinə qayıqlarla ərzaq, içməli su, dərman və digər ilk zərurət əşyaları çatdırırlar.

Şiddətli yağışlar bu həftənin əvvəlində Koks-Bazardakı rohinca qaçqın düşərgələrində də torpaq sürüşmələrinə səbəb olub, nəticədə qadın və uşaqlar da daxil olmaqla 16 qaçqın həlak olub. (Report)