Dağıstanda ard-arda 3 güclü partlayış oldu – VİDEO/YENİLƏNDİ

Dağıstanda ard-arda 3 güclü partlayış oldu – VİDEO/YENİLƏNDİ Dünya

Dağıstanın Qızılyurd rayonunda "Mozdok-Kazımaqomed" magistral qaz kəmərindəki partlayışdan sonra baş verən yanğın söndürülüb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verib.

**22:40

Dağıstanda strateji əhəmiyyət daşıyan magistral qaz boru kəməri partladılıb. Fövqəladə Hallar Nazirliyi üç güclü partlayışın baş verdiyini bildirir.

News24.az xəbər verir ki, hadisə ilə əlaqədar təxliyə elan olunub.

Qeyd edək ki, hadisənin səbəbləri və mümkün nəticələri ilə bağlı rəsmi araşdırma aparılır. Regional təhlükəsizlik qüvvələri ərazidə vəziyyəti nəzarətə götürməyə çalışır.