Dava düşdü - BMW-yə kafel atdılar
Dünya
Novosibirskidə qonşular arasında baş veən dava maddi zərərlə yekunlaşıb.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, 5 mərtəbəli binanın sakinləri arasında insident yaşanıb.
Dava 2 qonşu arasında başlasa da, daha sonra davaya digər qonşular da qoşulub.
Əlbəyaxa dava edən qonşular mübahisə etdikləri qonşunun BMW-sinə kafellər ataraq avtomobili ciddi zədələyiblər.
Hadisə ilə bağlı araşdırma davam edir.
Ağa Dadaşzadə