“Dəbdəbəli həyatı borcla yaşayırdı” – Arvadı etiraf etdi
Dünya
Türkiyədə sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalanın prokurorluğa verdiyi ifadə ortaya çıxıb.
News24.az xəbər verir ki, ifadə “cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması” ilə bağlı aparılan istintaq çərçivəsində alınıb.
Çağla Öz Tançalan toyda nümayiş etdirilən qızılların bir hissəsinin icarəyə götürüldüyünü bildirib. Qeyd edib ki, həmin zinət əşyalarının bir qismi onlara məxsus olub, digərləri isə reklam qarşılığında zərgərlərdən götürülüb.
O, toyda 43 milyon türk lirəsi dəyərində pul və qızıl toplanmasına şübhə etdiyini də bildirib. Həyat yoldaşının həmin məclisdə böyük məbləğdə pul toplandığı görüntüsü yaratmaq istədiyini iddia edən Çağla Öz ərinin onlara verilməyən pulları da elan etdirdiyini deyib.
Çağla Öz həmçinin həyat yoldaşının sosial mediada varlı görüntüsünü ətrafındakı adamlardan aldığı borc pullarla yaratdığını da deyib. O qeyd edib ki, Tançalan dəbdəbəli həyatını çevrəsindəki insanlardan alğı borcla sürdüyrür.
Qeyd edək ki, Mehmet Fatih Tançalan “cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması” ittihamı ilə həbs edilib. Onun həyat yoldaşı Çağla Öz Tançalan da istintaq çərçivəsində saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.