Dəfn mərasiminə gələn şahzadə yoxa çıxdı
Dünya
Danimarkanın vəliəhdi Kristian Norveç kralı V Haraldın dəfn mərasimindən sonra yoxa çıxıb.
News24.az xəbər verir ki, bu barədə “Dagbladet” qəzeti məlumat yayıb.
Vida mərasimi Oslodakı Kafedral kilsədə keçirilib. Daha sonra dəvət olunan qonaqlar üçün Akershus qalasının kilsəsində qapalı mərasim təşkil olunub.
Məlumata görə, vəliəhd Kristian kilsəyə daxil olarkən görüntülənib, lakin mərasimdən sonra onu heç kim görməyib.
Şahzadənin yoxa çıxması Danimarka kralı X Frederikin və kraliça Mariyanın gəmiyə minməsi zamanı diqqət çəkib.
Məsələ axşama doğru aydınlaşıb.
“Ekstra Bladet” qəzetinin məlumatına görə, Kristian kralın Oslo səfəri zamanı kral səlahiyyətlərini müvəqqəti icra etmək üçün təcili şəkildə Danimarkaya qayıtmalı olub.