Dəhşətli partlayışda ölənlərin sayı artdı

Dəhşətli partlayışda ölənlərin sayı artdı Dünya

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışda ölənlərin sayı artıb.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayışda ölənlərin sayı artaraq 18 nəfər olub.

Xatırladaq ki, partlayış ötən gün baş verib. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncayın verdiyi məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi və məsul şəxslərin aşkarlanması istiqamətində araşdırmalar davam etdirilir.