Dəhşətli helikopter qəzası: - 22 amerikalı hərbçi yaralandı

Dəhşətli helikopter qəzası: - 22 amerikalı hərbçi yaralandı Dünya
İyunun 11-də Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 amerikalı hərbçi yaralanıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“İyunun 11-də Suriyanın şimal-şərqində baş vermiş qəza nəticəsində 22 amerikalı hərbçi yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar müalicə alırlar və onlardan 10-u ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasından kənarda olan obyektlərə köçürülüb, burada daha yüksək səviyyədə qayğı göstərilir”, - deyə komandanlığın məlumatında deyilir.

Komandanlıqdan bildiriblər ki, qəzanın səbəbləri araşdırılır.

Akqabay