Dilində 50 min dollarlıq brilyant daşıyır - Foto
Dünya
Reper Ays Spays dəbdəbəli zinət əşyaları kolleksiyasını cəsarətli və olduqca bahalı yeni aksesuarla zənginləşdirib.
News24.az xəbər verir ki, 26 yaşlı sənətçi dilinə nəhəng brilyant pirsinq taxdırıb.
Xüsusi sifarişlə hazırlanan bu zinət əşyası dünyada ən böyük dil pirsinqidir və dəyəri təxminən 50 min ABŞ dollarıdır.
50 min dollar dəyəri olan pirsinq 18 əyarlı qızılla birləşdirilmiş qüsursuz brilyantdan ibarətdir.