"Disney"də ixtisar dalğası başladı

"Disney"də ixtisar dalğası başladı Dünya

“Disney” şirkətində növbəti ixtisar dalğası başlayıb.

News24.az xəbər verir ki, şirkət insan resursları və texnologiya bölmələri də daxil olmaqla müxtəlif departamentlərdə yüzlərlə əməkdaşını işdən çıxarır.

Bu, şirkətin 2026-cı ildə həyata keçirdiyi üçüncü ixtisar dalğasıdır.

Bu ilin aprel ayında “Disney” təxminən 1000, iyulda isə daha yüzlərlə iş yerini ləğv edib.

Şirkət ixtisarları xərclərin azaldılması və gələcək inkişaf üçün əlavə vəsait yaratmaq planları ilə əlaqələndirib.

Süni intellektin inkişafı və striminq platformaları arasındakı rəqabət də şirkətin bu addımı atmasına səbəb olub.