DNT cavabı şok etdi: HƏMAS-ın verdiyi cəsədlər kimə aiddir?

DNT cavabı şok etdi: HƏMAS-ın verdiyi cəsədlər kimə aiddir? Dünya

Qəzzadan İsrailə təhvil verilən 3 cəsəd girovlara aid deyil.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, HƏMAS tərəfindən ötən gün təhvil verilən meyitlərin qalıqları üzərində DNT analizi aparılıb və onların israilli girovlara aid olmadığı müəyyən edilib.

Qeyd edək ki, hazırda Qəzzada 11 girovun cəsədi qalır. Onlardan ikisi əcnəbi vətəndaşdır.