Doğum şöbəsində 11 mama eyni vaxtda hamilə qaldı

Doğum şöbəsində 11 mama eyni vaxtda hamilə qaldı Dünya

ABŞ-da tək bir doğum şöbəsindən 11 mama eyni anda hamilə qalıb.

"The Mirror" qəzetinin məlumatına görə, hadisə Ohayo ştatındakı Maymi Valley xəstəxanasında baş verib.

Xəstəxananın 2019-cu ildə 11 işçinin eyni anda hamilə qaldığı rekordu qırdığı bildirilir.

İternetdə həmin qadınların maraqlı fotosu yayımlanıb. Mamaların hamiləlik müddəti 12 həftədən 35 həftəyə qədərdir. Doğum şöbəsinin işçiləri bunu xoş bir təsadüf adlandırıb və hadisənin onlara sevinc gətirdiyini bildiriblər. Qadınlar bir-birinin körpələrini dünyaya gətirməyi planlaşdırırlar.

Xəstəxanada ehtiyat və yarımştat işçilər də daxil olmaqla təxminən 200 tibb bacısı çalışır, buna görə də işçi heyəti ilə bağlı problemlər gözlənilmir.

Nilay