Doğum evində dəyişdirilən qızlar 40 il sonra ailələrini tapdılar
Dünya
Çində doğuş zamanı səhvən dəyişdirilən iki qadın 40 il sonra əsl ailələrini tapıb.
News24.az xəbər verir ki, Huang Syaolin və Li Hui 1989-cu ildə eyni xəstəxanada, 55 dəqiqə fərqlə dünyaya gəliblər.
2022-ci ildə DNT testi etdirən Huang bioloji valideynlərinin onu böyüdən insanlar olmadığını öyrənib.
Polis vasitəsilə digər qadının da Li Hui olduğu müəyyənləşib.
Maraqlıdır ki, qadınlar bütün bu illər ərzində bioloji ailələrindən cəmi 4 kilometr uzaqda yaşayıblar.
Hər iki qadın onları böyüdən ailələrlə münasibətlərini qorumaq qərarına gəlib.
Onlar xəstəxanadan doğum sənədlərini tələb etsələr də, arxiv qeydlərinin tapılmadığı bildirilib.
Qadınlar xəstəxanadan ümumilikdə 385 min dollar təzminat tələb edirlər.
Məhkəmənin ilk iclası avqustun 13-nə təyin olunub.