Doğuşdan sonra barmaqları amputasiya edildi
Dünya
Rusiyanın Soçi şəhərində qadının doğuşdan sonra barmaqlarının bir hissəsi amputasiya edilib.
News24.az xəbər verir ki, bu barədə “Tipical Sochi” teleqram kanalı məlumat yayıb.
Hadisə iyulun 10-da baş verib. Qadının sözlərinə görə, ona kateter qoyulub dərman verildikdən sonra barmaqlarında güclü yanma hissi yaranıb.
Doğuşdan sonra qadının barmaqları qaralmağa başlayıb. Vəziyyəti pisləşdiyi üçün bir neçə ay sonra əməliyyat keçirilib. Nəticədə orta barmağının iki, şəhadət barmağının bir falanqı, həmçinin baş barmağındakı zədələnmiş toxumanın bir hissəsi amputasiya edilib.