Dostuna ürək masajı etdi, öz ürəyi dayandı
Dünya
Türkiyənin Manisa şəhərində faciəvi hadisə baş verib.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, infarkt keçirən 52 yaşlı Coşkun Burlu yardım üçün yaxın dostu Bülent Şenə (54) müraciət edib. Dostunun evinə gələn Şen ona ilkin tibbi yardım göstərərək təcili yardım xidmətinə məlumat verib.
Coşkun Burlu tibb işçiləri tərəfindən xəstəxanaya çatdırıldıqdan sonra Bülent Şen də təcili yardım şöbəsinin qarşısında qəfil halı pisləşərək huşunu itirib.
Aparılan müayinələr zamanı onun da infarkt keçirdiyi müəyyən olunub. Həkimlərin intensiv müdaxiləsinə baxmayaraq, iki dost təxminən 15 dəqiqə fərqlə həyatını itirib.
Bildirilib ki, hər iki şəxs evli olub və iki uşaq atası idi.
Nilufər