Dron təhlükəsi səbəbindən hava limanı bağlandı, uçuşlar dayandırıldı

Dron təhlükəsi səbəbindən hava limanı bağlandı, uçuşlar dayandırıldı Dünya

İsveçin qərbində yerləşən ölkənin ikinci ən böyük hava limanı olan Göteborq-Landvetterdə bir neçə dronun müşahidə edilməsi səbəbindən uçuşlar dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə İsveçin mülki aviasiya agentliyi “LFV” məlumat yayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib, “aviabazaya qarşı sabotaj” şübhəsi ilə istintaq başlanılıb.

Qeyd edək ki, son aylar dronlar Avropanın bir çox ölkələrində ciddi problemlərə səbəb olub – bir neçə hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Bəzi rəsmilər bu hadisələri Rusiyanın “hibrid müharibə” taktikası ilə əlaqələndirir. Moskva isə ittihamları rədd edir.

Xatırladaq ki, belə hallar son günlərdə Belçika, Norveç və Danimarkada da baş verib. Belçikada dron müşahidələri hava limanlarını və hərbi bazanı bağlamağa vadar edib, Danimarkada isə Kopenhagen daxil olmaqla bir neçə hava limanı müvəqqəti fəaliyyətini dayandırıb.