Dunay dayazlaşdı, 1700 illik sirr üzə çıxdı

Dunay dayazlaşdı, 1700 illik sirr üzə çıxdı Dünya

Bolqarıstanda güclü quraqlıq nəticəsində Dunay çayı dayazlaşıb və təxminən 1700 il əvvəl inşa edilmiş Roma imperiyasının ən möhtəşəm mühəndislik qurğularından biri – Böyük Konstantin körpüsünün qalıqları suyun altından üzə çıxıb.

News24.az xəbər verir ki, körpü eramızın 328-ci ildə istifadəyə verilib və Roma imperiyasında tikilmiş ən uzun körpülərdən biri hesab olunurdu, lakin o, cəmi 40 ilə yaxın mövcud olub. Tarixçilərin fikrincə, körpü təxminən 367-ci ildə dağılıb və ya istifadədən çıxarılıb. Bunun dəqiq səbəbi isə məlum deyil. Körpü indiki Bolqarıstan və Rumıniya ərazilərini birləşdirirdi.

Məlumata görə, körpünün bünövrəsi yalnız Dunay çayında suyun səviyyəsi qeyri-adi dərəcədə aşağı düşəndə görünür. Bu hal sonuncu dəfə 2003 və 2022-ci illərdə qeydə alınıb. (BBC)

Dunay dayazlaşdı, 1700 illik sirr üzə çıxdı Dunay dayazlaşdı, 1700 illik sirr üzə çıxdı