Dünyada ən çox bahalaşan mallar - AÇIQLANDI

Dünyada ən çox bahalaşan mallar - AÇIQLANDI Dünya

May ayının nəticələrinə görə, investorlar üçün ən çox gəlir gətirən mallar kakao paxlası və platin olub.

News24.az Bizim.Media-a istinadən xəbər verir ki, bu barədə "ICE Futures", "CME Group" və Şanxay Metal Birjasında qeyd olunub.

Statistikaya görə, şokolad istehsalında istifadə edilən kakaonun qiyməti bir ayda 11% artıb.

Digər məhsullardan ən çox portağal suyu 8%, həmçinin düyü və yulafın qiyməti 2,9% yüksəlib.

Metallar arasında platin 9,2% bahalaşaraq, ən böyük artım göstərib. Qalay (+5,2%) və mis (+3,1%) də bahalaşıb. Qızılda bahalaşma 2,9% təşkil edib.

Energetika sektorunda 8,2%-lə ən çox kömür bahalaşıb. Avropada qaz 5,5%, uran isə 5,4% bahalaşıb.