Dünyada ilk dəfə "Oz" virusuna yoluxma və ölüm halı qeydə alındı

Dünyada ilk dəfə "Oz" virusuna yoluxma və ölüm halı qeydə alındı Dünya
Yaponiyada dünyada ilk dəfə insanın Oz virusuna yoluxması və ölməsi halı təsdiqlənib.

News24.az xəbər verir ki, ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutu bununla bağlı açıqlama edib. 

Biuldirilib ki, həmin şəxs 2022-ci ilin yayının əvvəlində İbaraki prefekturasında vəfat edən yaşlı qadındır. 

Həkimlərin dediyinə görə, təxminən bir il əvvəl Tokio yaxınlığındakı İbaraki prefekturasından bir qadın halsızlıq, qızdırma və iştahsızlıqdan şikayət etməyə başlayıb. Bəlli olub ki, simptomlar başlayana qədər qadın xaricə səfər etməyib, koronavirus infeksiyasının olub-olmaması üçün aparılan PCR testi mənfi nəticə verib.

Xəstəyə ambulator şəraitdə pnevmoniyanın müalicəsi üçün antibiotiklər təyin edilib. 

Bir müddət sonra qadının vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib. Qəbul zamanı qadının qan testi trombositlərin azalması, qaraciyər funksiyasının pozulması, həmçinin yüksək səviyyədə ferritin və kəskin iltihab reaksiyasının mövcudluğunu göstərib. Xəstəyə MRT çəkilib, lakin qızdırmanın mümkün səbəbi aşkar edilməyib.

Xəstəxanaya yerləşdirildikdən sonra 20-ci gündə qadına işemik insult, həmçinin davamlı qızdırma diaqnozu qoyulub.

26-cı gün qadında mədəciklərin fibrilasiyası olub, sonra isə dünyasını dəyişib.

Yarılma və ölümdən sonrakı digər müayinələrlərlə həkimlər qadının Oz virusuna yoluxduğunu qeyd ediblər. /REn Tv/