Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir
Dünya
Dubaydan Moskvaya uçan dünyanın ən böyük sərnişin təyyarəsi A380 təhlükəsizlik məhdudiyyətləri səbəbindən Moskvanın Domodedovo hava limanına enə bilməyib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Təyyarə hazırda Penza bölgəsində dövrə vurur, Moskva hava limanlarında fəaliyyətin bərpa olunmasını və ya alternativ hava limanına yönləndirmə qərarını gözləyir”, - deyə bildirilib.
Qeyd edək ki, bundan öncə Moskvada bütün hava limanlarının bağlandığı haqda məlumat yayılmışdı./Axar.az