Dünyanın ikinci ən yaxşı kameralı telefonu - HANSIDIR?

Dünyanın ikinci ən yaxşı kameralı telefonu - HANSIDIR? Dünya

DxOMark mütəxəssisləri 158 bal toplayaraq şirkətin reytinqində ikinci yeri tutan yeni flaqman Google Pixel 9 Pro XL smartfonunu sınaqdan keçiriblər.

News24.az xəbər verir ki, DxOMark reytinqinin lideri 163 balla layiq görülən Huawei Pura 70 Ultra flaqman smartfonu olaraq qalıb. Bundan əlavə, Honor Magic6 Pro, testdə 158 xal toplayan Pixel 9 Pro XL ilə ikinci yeri bölüşüb.

Mütəxəssislər Google-un yeni məhsulunu əksər çəkiliş şəraitində yaxşı ekspozisiya və parıltıdan qorunma, xoş rənglər, sürətli avtofokus, parlaq işıqda yaxşı tekstura, böyütmə və makro fotoqrafiya zamanı yaxşı detallara görə yüksək qiymətləndiriblər.

Bundan əlavə, Pixel 9 Pro XL-in video çəkilişi Huawei Pura 70 Ultra-dan daha yaxşı olub, iPhone 15 Pro Max-dan daha aşağıdır.

Məryəm İlhamqızı