"Düşünürəm ki, Ərdoğan da İranı sevmir" - Tramp

"Düşünürəm ki, Ərdoğan da İranı sevmir" - Tramp Dünya

"Ərdoğan, göründüyü kimi, çox sağlam düşüncəli insandır, iranlılar isə tamamilə dəli olublar...”

News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ankaradakı çıxışında deyib.

“Mən prezident Rəcəb Tayyib Ərdoğanı sevirəm. O, məni çox səmimi qarşıladı. O, möhtəşəm insandır. Amma dünən Bibi (Netanyahu) Türkiyə və Ərdoğan haqqında sərt fikirlər səsləndirdi. Mən isə ona dedim ki, Ərdoğanla danışmışam. O, müharibəyə qoşula bilərdi, çünki İsraili o qədər də sevmir. Bibini də o qədər sevmir. Amma mənə görə bunu etmədi. O, istəyirdi. Edərdi də. Əgər mən olmasaydım, bu müharibəyə qoşular və qarşı tərəfdə yer alardı”, - deyə Tramp bildirib.

ABŞ lideri Türkiyəni çox güclü hərbi dövlət adlandırıb: “Milyonlarla hərbçisi var. Türkiyə çox güclüdür. Bizim ən müasir silahlarımızın çoxu ondavar. Onlar F-35 qırıcılarını almağa çalışırlar".