Ebola bu ölkədə 160-a yaxın adamı öldürdü

Ebola bu ölkədə 160-a yaxın adamı öldürdü Dünya

Konqoda ebola qızdırmasının səbəb olduğu ehtimal edilən ölüm hallarının sayı 160-a çatıb.

News24.az xəbər verir ki, həmçinin 671 nəfərin bu xəstəliyə yoluxduğu ehtimal edilir.

Epidemiyanın ocağı İturi əyalətində yerləşir. İlk narahatedici siqnallar isə mayın 5-dən gəlməyə başlayıb.

Vəziyyətin ağırlaşması ilə əlaqədar Uqanda Demokratik Konqo Respublikasına bütün birbaşa aviareysləri dayandırmaq qərarı verib.

Bundan əvvəl isə Ümumdünya Səhiyyə Təşkilatı bu iki ölkədəki epidemiyanı qlobal miqyasda fövqəladə hadisə elan edib. // Lent.az