Ebola can almağa davam edir - Ölü sayı artdı

Ebola can almağa davam edir - Ölü sayı artdı Dünya

Konqoda Ebola qızdırmasından ölənlərin sayı 360-a yüksəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Milli İctimai Səhiyyə İnstitutu açıqlayıb.

Bildirilib ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 1274-ə çatıb.

İyunun 27-nə olan vəziyyətə əsasən, xəstəlikdən ölüm göstəricisi 28,3 faiz təşkil edir.

Yoluxmaların əsas ocağı İturi əyaləti olaraq qalır.

Burada bütün yoluxmaların 91,4 faizi, ölüm hallarının isə 83,6 faizi qeydə alınıb.