Ebola can almağa davam edir - Ölü sayı artdı
Dünya
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların və ölənlərin sayı artıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yoluxma hallarının sayı 3 min 973-ə, ölənlərin sayı isə 1 801-ə yüksəlib.
Bildirilib ki, epidemiya O-Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopo əyalətlərində yerləşən ümumilikdə 51 bölgəyə yayılıb.
Məlumata görə, epidemiyada ölüm göstəricisi 45,3 faiz, xəstələrlə təmasda olan şəxslərin izlənmə göstəricisi isə 75,3 faiz təşkil edir.