Ebola epidemiyası nəzarətdən çıxır: Minlərlə insan yoluxub

Ebola epidemiyası nəzarətdən çıxır: Minlərlə insan yoluxub Dünya

Afrikanın Konqo Demokratik Respublikasının şərqində altı ay əvvəl başlayan Ebola epidemiyası hələ də nəzarət altına alınmayıb.

News24.az xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin rəhbəri Jan Kaseya məlumat verib.

Onun sözlərinə görə, epidemiyanın yayılması ciddi təhlükə olaraq qalır. Mövcud vəziyyət davam edərsə, bu, dünyada indiyədək qeydə alınmış ən ağır Ebola epidemiyasına çevrilə bilər.

Kaseya bildirib ki, yeni yoluxmaların 80 faizi xəstələrlə təmasda olmayalardır. Ölüm hallarının isə 65 faizdən çoxu tibb müəssisələrində deyil, evdə müalicə alanlardır.

Ekspert epidemiyanın qarşısının alınmasında əsas problemlərdən biri kimi Konqo hakimiyyəti ilə beynəlxalq donorlar arasında koordinasiyanın zəif olmasını səbəb gətirib.

Məlumata görə, Bundibuqio virusunun törətdiyi epidemiya mayın 15-də Konqo Demokratik Respublikası və Uqandada başlayıb. Xəstəlik Konqonun səkkiz əyalətinə yayılıb.

Epidemiyanın başlanmasından indiyədək ölkədə 11 376 yoluxma halı təsdiqlənib, 5 568 nəfər həyatını itirib. Ölüm göstəricisi 48,9 faiz təşkil edir.

Qeyd edək ki, bu, Konqo Demokratik Respublikasında qeydə alınan sayca 17-ci Ebola epidemiyasıdır. Bundibuqio virusuna qarşı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş peyvənd hələ mövcud deyil.