Ebola virusuna yoluxma artır - Peyvənd hazırlanır
Dünya
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı artıb.
News24.az xəbər verir ki, hazırda Konqoda yoluxanların sayının 321 nəfərə çatdığı bildirilib.
Beynəlxalq Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası virusa qarşı peyvəndlərin hazırlanmasını sürətləndirmək üçün "Moderna" şirkəti ilə razılaşıb.
Razılaşmaya əsasən, şirkətə 60 milyon dollar vəsait ayrılacaq.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bundan öncə Konqo Demokratik Respublikasında Ebola virusuna 906 şübhəli yoluxma halı barədə məlumat yayıb.
Ölkə hakimiyyəti isə təsdiqlənmiş halların sayının 282-yə çatdığını, sonra isə bu rəqəmin 321-ə yüksəldiyini açıqlayıb. /Reuters/