Ebola virusuna yoluxma artmaqda davam edir

Ebola virusuna yoluxma artmaqda davam edir Dünya

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma ilə bağlı şübhəli halların sayı 900-ü keçib.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb.

O, “X” sosial şəbəkəsində bildirib ki, epidemiyaya qarşı tədbirlər çərçivəsində indiyədək 900-dən çox şübhəli yoluxma halı qeydə alınıb, onlardan 101-i təsdiqlənib.

Qebreyesusun sözlərinə görə, epidemiyanın əsas yayıldığı İturi əyalətində təxminən 5 milyon nəfər yaşayır.

Qeyd edək ki, ÜST mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Mayın 22-də isə təşkilat DRK üzrə risk səviyyəsini “yüksək”dən “çox yüksək” səviyyəyə qaldırıb.

ÜST rəhbəri əlavə edib ki, Sub-Sahara Afrika ölkələri üçün regional risk yüksək olaraq qalır, qlobal risk səviyyəsi isə hələlik aşağı qiymətləndirilir.