Ebola xəstələri xəstəxanadan qaçdı

Ebola xəstələri xəstəxanadan qaçdı Dünya

Konqo Demokratik Respublikasının şərqində silahlı hücum zamanı Ebola virusuna yoluxmuş xəstələr xəstəxanadan qaçmağa məcbur olublar.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, silahlı qruplaşmanın Şimali Kivu əyalətində yerləşən kəndə hücumu nəticəsində azı 33 nəfər öldürülüb. Hücum zamanı tibb məntəqəsi və bir neçə ev yandırılıb.

Təhlükəsizlik səbəbindən yaxınlıqdakı xəstəxanadan 180 xəstə təxliyə edilib. Onların arasında bir nəfərdə Ebola virusu təsdiqlənib, daha beş nəfərin isə virusa yoluxmasından şübhələnilir.

Həkimlər xəstələrin və virusla təmasda olan şəxslərin tibbi nəzarətdən kənarda qalmasının epidemiyanın yayılması riskini artıra biləcəyini bildiriblər.