Eboladan ölənlərin sayı artdı
Dünya
Konqo Demokratik Respublikasında Ebola qızdırmasından ölənlərin sayı 648 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV Nazirliyi məlumat yayıb.
Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 1830-a yüksəlib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.
Hazırda yayılan Bundibuqyo ştamına qarşı təsdiqlənmiş vaksin və ya xüsusi müalicə üsulu yoxdur.
Səhiyyə və humanitar təşkilatlar bölgədə maskalar da daxil olmaqla zəruri tibbi ləvazimatların və tibb işçilərinin çatışmadığını bildirirlər.