Eboladan ölüm faktı 100-ü ötdü

Eboladan ölüm faktı 100-ü ötdü Dünya

Konqoda Ebola virusu xəstəliyi ilə bağlı təsdiqlənmiş ölüm halları 101-ə çatıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırkı yoluxma dalğası zamanı virusa yoluxanların sayı 550-yə yüksəlib. Bir gün əvvəl bu göstəricilər müvafiq olaraq 91 ölüm və 515 yoluxma olub.

Səhiyyə rəsmiləri bildirirlər ki, vəziyyətin ciddiləşməsi fonunda digər ölkələrdən mütəxəssislər yardım üçün regiona cəlb olunub. Çinli tibbi ekspertlər ölkənin paytaxtı Kinşasaya gəlib və üç ay müddətində yerli səhiyyə orqanlarına dəstək göstərəcəklər.