Edam olunacaqdı, infarkt keçirdi - Foto
Dünya
İranda müttəhim edam hökmünün icrası zamanı infarkt keçirib.
News24.az xəbər verir ki, ötən gün səhər saatlarında İsfahanın Əlixani meydanı işi üzrə müttəhimlərdən biri olan Əlirza Sepahinin digər iki müttəhimlə birlikdə edam edilməsi nəzərdə tutulub.
Lakin o, edam yerinə aparılarkən infarkt keçirib və hazırda İsfahanın Əz-Zəhra xəstəxanasındadır.
Bu gün səhər saatlarında həmin iş üzrə digər iki şəxs dar ağacından asılıb.
Edam olunanlardan biri Əlirzanın əmisi oğlu Əbülfəzl Sepahidir.