Əfqanıstan Çinə yol açdı: 121 km-lik layihə tamamlandı
Dünya
Əfqanıstan Çinə uzanan 121 kilometrlik Vahan dəhlizi yolunu rəsmən açıb.
News24.az xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.
İki il ərzində tamamlanan layihənin ticarət, iqtisadi inkişaf və regional tranzitdə əhəmiyyətli rol oynayacağı gözlənilir.
Ölkə ilə Pakistan arasında faktiki sərhəd hesab edilən Durand xəttində yerləşən Borogil bölgəsindən başlayan və Çin sərhədinə qədər uzanan yolun açılış mərasimi keçirilib.
Uzunluğu 120 kilometrdən çox olan yol vasitəsilə iki ölkə arasında quru əlaqəsi yaradılıb.
Ucqar ərazidə yerləşən asfaltlanmamış yol Əfqanıstana 5,5 milyon dollara başa gəlib.
Bildirilir ki, Vahan dəhlizi təhlükəsizlik baxımından vacibdir, çünki o, Sincan Uyğur Muxtar Bölgəsinə və Çinin digər qərb bölgələrinə açılan bir qapıdır.