Keçmiş deputat güllələnərək qətlə yetirildi

Keçmiş deputat güllələnərək qətlə yetirildi Dünya
Əfqanıstan parlamentinin keçmiş xanım deputatı Mürsəl Nəbizadə qətlə yetirilib.

News24.az
xəbər verir ki, M.Nəbizadə Kabulun şərqində yaşadığı evin qarşısında gecə saatlarında naməlum şəxslər tərəfindən güllənərək öldürülüb.

Silahlı hücum zamanı sabiq deputatın qardaşı da güllə yarası alıb.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Qətlə görə heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib. //Hasht-e Subh

Teymur MƏMMƏDOV