Əfsanəvi musiqiçi vəfat etdi - Foto
Dünya
Əfsanəvi saksofon ifaçısı Sonni Rollins vəfat edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqiçi Nyu-Yorkdakı evində 95 yaşında dünyasını dəyişib.
O, 1981-ci ildə “Rolinq Stounz” qrupunun “Waiting on a Friend” hitində solo ifa edib.
1966-cı ildə isə “Alfi” filmi üçün musiqi yazıb və “Oskar” mükafatına namizəd göstərilib.
Üç “Qremmi” mükafatının sahibi olan Rollins, o cümlədən, 2000-ci ilin ən yaxşı caz albomu və 2005-ci ilin ən yaxşı instrumental caz solosu nominasiyalarında qalib olub.
Sonni Rollins həyatının son illərində ağciyər xəstəliyindən əziyyət çəkib.
Musiqiçi son konsertini 2012-ci ildə verib, 2014-cü ildən isə tamamilə səhnədən uzaqlaşıb.