Ekskavatorla gəlib bankomatı oğurladılar - Video
Dünya
Böyük Britaniyanın Kembricşir bölgəsində oğrular binanın divarına quraşdırılmış bankomatı oğurlayıblar.
News24.az xəbər verir ki, maskalı şəxslər gecə saatlarında binanın qarşısına ekskavator gətiriblər və texnikanın köməyi ilə bankomatı divardan çıxarıblar. Daha sonra onu avtomobillərinin yük yerinə qoyaraq hadisə yerindən uzaqlaşıblar.
Polis hadisəni törədən şəxsləri axtarır. Hüquq-mühafizə orqanları ekskavatorun da oğurlandığını ehtimal edirlər.
Məlumata görə, aparatda on minlərlə funt sterlinq nağd pul olub. /The Sun/