Əməliyyatdan son dəqiqə xəbəri: “3 kənd və bir yüksəklik azad edildi” – AA
Dünya
Müxalif Suriya Milli Ordusu Tel-Rifat bölgəsində 3 kəndi və bir yüksəkliyi PKK/YPG ter**rorçularından geri alıb.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə (AA) yazıb.
Son məlumata görə, “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel İneb, Mezeret Hamad, Zoyan kəndləri və Zuyan təpəsi azad edilib”.
Qeyd edək ki, PKK/YPG ter**rorçuları 2016-cı ildə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini işğal etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG ter**rorçularından təmizlənməli olduğunu bəyan edib.