Əminə Ərdoğan Makronun onun əlini öpməsinə imkan vermədi - Video
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan NATO-nun Ankarada keçirilən sammitində Fransa Prezidenti Emmanuel Makronun onun əlini öpməsinə imkan verməyib.
News24.az xəbər verir ki, həmin anlar BFM TV telekanalının canlı yayımında nümayiş edilib.
Görüş zamanı Makron əvvəlcə Ərdoğanla əl sıxıb, daha sonra onun həyat yoldaşına tərəf dönərək əlini öpməyə cəhd edib. Lakin dodaqları Əminə Ərdoğanın əlinə yaxınlaşdığı anda o, əlini aşağı çəkərək Makronun bu jesti etməsinə imkan verməyib. /TASS/