Emmanuel Makron Avropa İttifaqından yardım istədi

Emmanuel Makron Avropa İttifaqından yardım istədi Dünya

Fransa Prezidenti Emmanuel Makron ölkədə geniş vüsət alan meşə yanğınları ilə mübarizə üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini istəyib.

News24.az xəbər verir ki, Makronun sözlərinə görə, Aİ çərçivəsində Xorvatiya və Portuqaliyadan dörd yanğınsöndürmə təyyarəsi, Çexiya və Slovakiyadan isə iki helikopter Fransaya dəstək verəcək.

Fransanın daxili işlər naziri Loran Nunez bildirib ki, ilin əvvəlindən bəri ölkədə 50 min hektardan çox ərazi yanıb. Təkcə Jironde əyalətində üç gündür davam edən yanğın 10 min hektardan çox sahəni məhv edib.

Rəsmilər ölkə üzrə 43 min nəfərin təxliyə edildiyini, 32 ərazidə isə yanğınların davam etdiyini açıqlayıblar. Yanğınlar nəticəsində 27 yanğınsöndürən yüngül xəsarət alıb, onlarla evə ziyan dəyib.