"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır" Dünya

Bu il üçüncü övladını dünyaya gətirən Hollivud aktrisası Kemeron Diaz övladları ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, 53 yaşlı aktrisa bu yaşında ana olmasına belə münasibət bildirib:

"Bu gün sahib olduğum yeganə hədəf 107 yaşına qədər yaşamaqdır. 47 yaşında ilk övladımı dünyaya gətirdim. Digərlərini isə 51 və 53 yaşımda olarkən. Ən böyük arzum övladlarımın böyüməsini görmək və onlarla mümkün qədər uzun müddət birlikdə olmaqdır".

Qeyd edək ki, Kameron Diaz həyat yoldaşı Benji Medden 2015-ci ildən evlidirlər. Hollivud ulduzu 2019-cu ildə ilk dəfə ana olub və cütlüyün Reddiks adlı qızı doğulub. 2024-cü ilin martında isə onların ikinci övladı - Kardinal adlı oğlu dünyaya gəlib. (axsam.az)