Ər-Riyad hava limanına hücum: ölən və yaralananlar var

Ər-Riyad hava limanına hücum: ölən və yaralananlar var Dünya

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən zərbə nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, bazar günü baş verən hücum zamanı Pakistan vətəndaşı həyatını itirib. Yaralılar tibbi yardım göstərilməsi üçün bir neçə xəstəxanaya çatdırılıb. Zərbənin daxili reyslərə xidmət göstərən 3 və 4-cü terminallara dəydiyi bildirilir.

“Reuters” agentliyinə danışan şahidin sözlərinə görə, mərmi yerli vaxtla saat 20:30 radələrində park edilmiş təyyarələrin yaxınlığındakı asfalt sahəyə düşüb və yanğına səbəb olub. Hadisədən sonra sərnişinlərdən təyyarələri tərk etmələri və terminaldan uzaqlaşmaları istənilib.

Qeyd edək ki, hava limanı şənbə günündən etibarən fəaliyyətini dayandırıb. Həmin gün baş verən raket hücumu nəticəsində ilkin məlumatlara görə, 12 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Hindistan səfirliyi isə bazar günü şənbə günü baş vermiş hücumda yaralanan vətəndaşlarından birinin vəfat etdiyini açıqlayıb. Bununla da həmin hücum üzrə ölənlərin sayının 13-ə çatdığı bildirilib.