Əraqçi Britaniyanı İranın daxili işlərinə qarışmamağa çağırdı
Dünya
İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə telefon danışığında Londonu İranın daxili işlərinə müdaxilə etməməyə çağırıb.
News24.az xəbər verir ki, Əraqçi Britaniyanın İrandakı diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməli olduğunu bildirib və bu öhdəlik yerinə yetirilməzsə, İranın heyətini təxliyə edə biləcəyini vurğulayıb.
Britaniya XİN rəhbəri İvet Kuper isə İranda etirazların zorakılıqla yatırılmasından narahatlığını ifadə edərək, Tehranı zorakılığı dayandırmağa və fundamental hüquqlara hörmət etməyə çağırıb.