Əraqçı Fransanı ikiüzlülükdə ittiham etdi
Dünya
İranın xarici işlər naziri Abbas Əraqçı Fransanın İrandakı etirazçıların edam edilməsini pisləməsinə sərt reaksiya verib.
News24.az xəbər verir ki, Əraqçı bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O, Parisi utancverici ikiüzlülükdə ittiham edib.
Əraqçı Fransanın xarici işlər naziri Jan-Noel Barrotun İranda etirazçıların edamlarının davam etməsi ilə bağlı açıqlamasına cavab olaraq bildirib ki, Paris dünyaya insan hüquqları və beynəlxalq hüquq haqqında mühazirə oxumağı dayandırmalıdır.
İranlı nazir Fransanı İsrailin Qəzzadakı fəaliyyətlərini dəstəkləməkdə və İrana qarşı təcavüzdə ittiham edib.
Qeyd edək ki, Barrot daha əvvəl İran hakimiyyətinin etirazçıların edamlarını artırmaqla qan tökməyə davam etdiyini bildirib.
O, Tehrandan repressiyalara son qoymağı, məsul şəxslərin cavabdehliyə cəlb edilməsini və siyasi məhbusların azad olunmasını tələb edib.