Əraqçi ilə Lavrovun telefon danışığı oldu
Dünya
İranın xarici işlər naziri Abbas Əraqçi iyulun 26-sı rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
News24.az xəbər verir ki, Əraqçi bu barədə “Telegram” kanalında məlumat verib.
Bildirilib ki, tərəflər dünyada və regionda baş verən son hadisələri müzakirə ediblər.
Xatırladaq ki, iyulun 24-də Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Sergey Lavrovun Tehrana səfərinin planlaşdırma mərhələsində olduğunu açıqlayıb.