Əraqçının xanımının bu addımı tənqid olundu - VİDEO
Dünya
İranın xarici işlər naziri Abbas Əraqçının gənc həyat yoldaşı Arzu Əhmədvəndin Xarici İşlər Nazirliyində keçirilən xeyriyyə sərgisində qızıl və zərgərlik məmulatlarına baxarkən görüntüləri yayılıb.
News24.az xəbər verir ki, videoda Arzu Əhmədvəndin bir sıra qadın diplomatlarla birlikdə zərgərlik köşkünə baş çəkdiyi və alış-veriş etdiyi görünür.
Görüntülərin İran rialının kəskin dəyər itirdiyi və bir ABŞ dollarının 220 min tümənə çatdığı dövrdə yayılması sosial mediada geniş reaksiyalara səbəb olub.
İstifadəçilər ölkədə inflyasiya və iqtisadi çətinliklərin dərinləşdiyini vurğulayaraq, diplomat xanımının qızıl alış-verişini tənqid ediblər.
Bəzi paylaşımlarda isə hakimiyyət nümayəndələrinin həyat tərzi ilə iranlıların üzləşdiyi iqtisadi problemlər arasındakı ziddiyyət diqqətə çəkilib.