Ərdoğan NATO sammiti iştirakçılarına silah hədiyyə etdi
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə, Avropa Şurasının sədri Antoniu Koştaya və digər Avropa liderlərinə üzərində xüsusi simvol həkk olunmuş tapançalar və onlara aid güllələr hədiyyə edib.
News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, hədiyyə edilən silahlar Belçikada qüvvədə olan sərt silah dövriyyəsi qaydalarına uyğun olmaya bilər.
Buna görə də, onların Koşta və Lyayenin şəxsi istifadəsində saxlanılacağı gözlənilmir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Niderlandın Baş naziri Rob Yetten isə tapançalarını istifadəyə yararsız vəziyyətə salınması üçün Türkiyədə saxlayacaqlarını açıq şəkildə bildiriblər.