Ərdoğan Paşinyanı təbrik etdi
Dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyana “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib.
News24.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məktubda deyilir:
“Xalqımın və öz adımdan 7 iyun 2026-cı ildə Ermənistan Respublikasında keçirilmiş parlament seçkilərində rəhbərlik etdiyiniz ‘Vətəndaş Müqaviləsi’ Partiyasının uğuru münasibətilə sizi səmimi qəlbdən təbrik edir və üçüncü dəfə hökumət formalaşdırmağınızda sizə uğurlar arzulayıram. Regionda davamlı sülhün və sabitliyin qurulması, eləcə də bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji baxışınızın uğurla həyata keçiriləcəyinə tam əminəm. Bu fürsətdən istifadə edərək sizə bir daha sağlamlıq və rifah, Ermənistan xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram”. /News.am/