Ərdoğan Salmanla son prosesləri müzakirə etdi
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Tərəflər İran ətrafında baş verən prosesləri müzakirə edib.
Ərdoğan müdaxilə edilməyəcəyi təqdirdə münaqişənin ciddi regional və qlobal təhlükəsizliklə bağlı nəticələri barədə xəbərdarlıq edib və diplomatiyanın ən rasional yol olaraq qaldığını vurğulayıb.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.