Ərdoğan tapşırıq verdi: - yeni kadr hazırlığı başlayır

Ərdoğan tapşırıq verdi: - yeni kadr hazırlığı başlayır Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının 7 oktyabr növbədənkənar seçkilərində qərargah rəhbərlərinin yarısından çoxunu dəyişdirərək yerli seçkilərə yeni heyət hazırlayacaq.

News24.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
 
Jurnalist Ebru Karatos yazır ki, Ərdoğan toplantıda 81 vilayətdə, xüsusilə 11 böyük şəhərdə  yerli seçki  işlərinin detallı  aparılması ilə bağlı tapşırıqlar verib. Bu çərçivədə Ərdoğan təşkilata bildirib ki, səs itkisinin siyasi səbəbləri araşdırılsın.

“Seçki nəticələrini çoxölçülü təhlil edin və ona uyğun hərəkət edin. Vətəndaşların verdiyi mesajları oxuyun. Səslərin aşağı olduğu rayonlarda bu azalmanın səbəbini araşdırın və həll yolunu tapın. 

Qələbə eyforiyasına qapılmayın. Zəlzələ qurbanlarını tək buraxmayın, zəlzələ olan vilayətləri qısa zamanda ayağa qaldıracağıq. Müxalifətin tabeliyində olan vilayətlər başda olmaq üzrə 11 böyük şəhər üzərində cəmləşin", - deyə Ərdoğanın tapşırığında deyilir. 

Eyni zamanda, prezidentin qərargah rəhbərlərinin yarıdan çoxunu qurultayla əvəzləyəcəyi, yerli seçkilərə isə yeni heyətlə hazırlaşacağı bildirilir. Partiya rəsmilərdən biri çıxışı zamanı qeyd edib ki, görülən işlər yeni simalarla daha da gücləndiriləcək.

Arzu