Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyası ilə sarsılmaz qardaşlıq və birlik içində olacaqlarını bildirib.
News24.az "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasından sonra açıqlama verib.
"Oktyabrın 30-da, cümə günü ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına yenidən Ankarada ev sahibliyi edəcəyik. İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq", - deyə Türkiyə prezidenti bildirib.