Ərdoğan: "Türkiyə türkmən qazının öz ərazisinə nəqlinə ümid edir"

Ərdoğan: "Türkiyə türkmən qazının öz ərazisinə nəqlinə ümid edir" Dünya
Türkiyə Türkmənistan təbii qazını Xəzər dənizi vasitəsilə öz ərazisinə çatdırmağa ümid edir.

News24.az
TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli sammitin keçiriləcəyi Türkmənistana səfərindən əvvəl deyib.

"Biz bu məsələni sammitdə müzakirə edəcəyik. Ümid edirəm ki, türkmən qazı ölkəmizə Xəzər vasitəsilə çatdırılacaq", - Ərdoğan bildirib.